Jan 05 2019 18:05
Views: 503

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi işğal olunmuş  ərazilərdə çəkilən "Cənnətə aparan yol"  adlı filminin prodüserlərinə etiraz məktubu ünvanlayıb. İcma sədri filmi ərsəyə gətirənlərin Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal edilməsindən xəbərdar ola-ola bu cür  addım atmasını  şiddətlə  qınayıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu tələb ATƏT, NATO, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların sənədlərində də təsdiqlənib.

Məktubda Dağlıq Qarabağın azərbaycanlı icmasının 80 mindən çox üzvünün  30 ildən çox müddət ərzində məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması  diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistan ordusunun 1992-ci ildə  Xocalıda törətdiyi soyqırımı nəticəsində 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlılar olub. İcma sədri film müəlliflərini işğalçılıq və separatizmin təşviq olunmasından çəkinməyə çağırıb.

Filmin prodyusserləri  Litvalı  Kestutis Drazdauskas və Angelica Shullerdir. Bundan öncə də Kestutis Drazdauskas  erməni rejissorları ilə sıx əməkdaşlıq edərək  “Tevanik və  Son Məskunlaşan” adlı filmlərin tanıdılmasında  iştirak edib.

 


Create Account



Log In Your Account