Sep 10 2019 17:39
Views: 298

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Dünya Enerji Konqresində Azərbaycanın həyata keçirdiyi enerji layihələri də diqqət mərkəzində olub. Toplantıda Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb. Bu barədə tədbirdə iştirak edən enerji məsələləri üzrə ekspert, Avrasiya Analitika mərkəzinin rəhbəri Gülmira Rzayeva CBC-yə açıqlamasında məlumat verib. konqres çərçivəsində “Meqalayihələr: qlobal təsirlər, qlobal nəticələr” adlı paneldə məsələ müzakirə olunub. Meqa enerji layihələrinin əsas risklərinə nəzər salınıb və bu kontekstdə Cənub Qaz Dəhlizinin önəmi qeyd olunub.
Ekspertlər uzun fasilədən sonra Avropaya LNG istisna olmaqla yeni mənbədən mavi yanacaq daxil olmasını yüksək qiymətləndiriblər. Bunu xüsusilə də köhnə qitənin cənub-şərq regionu üçün əlamətdar hadisə kimi qeyd ediblər. bildiriblər ki, Cənub Qaz Dəhlizi Avropanın bu bölgəsində bazar şərtlərinin dəyişməsinə və rəqabətliliyə öz təsirini göstərəcək. Dünya Enerji Konqresində dünyada neftin qiyməti də diqqət mərkəzində olub. Xüsusilə Səudiyyə Ərəbistanının yeni energetika nazirinin çıxışı böyük maraqla izlənib.
Xatırladaq ki, bir neçə gün əvvəl Səduiyyə Ərəbistanı kralı ölkənin energetika naziri Xalid Əl-Fəlihi tutduğu vəzifədən azad edib. onun yerinə özünün 4-cü oğlu şahzadə Əbdül Əziz Salman bin Əl Səudu təyin edib. Sentyabrın 12-də Birləşmir Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində OPEC+ Monitorinq Komitəsinin iclası keçiriləcək. Bu gün isə Dünya Enerji Konqresində OPEC+ ölkələrinin nazirlərinin də iştirakı ilə panel müzakirələrinin aparılması gözənilir. Toplantıda Azərbyacanın energetika naziri Pərviz Şahbazovun da iştirakı nəzərdə tutulur.


Create Account



Log In Your Account