May 31 2019 18:55
Views: 456

“Bu il aprelin sonunadək Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə təxminən, 33 milyard dollar vəsait sərf olunub”. Bunu “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev Bakıda keçirilən 26-cı Xəzər Beynəlxalq Neft və Qaz Konfransında bildirib. Qeyd edib ki, bu ilin sonuna və gələn il “Cənub Qaz Dəhlizi” QSC və onun törəmə müəssisələri layihəyə ümumilikdə, 400 milyon dollar yönəltməyi nəzərdə tutur.

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun sözlərinə görə, Azərbaycan “Cənub Qaz Dəhlizi”nin başqa qaz mənbələri ilə birləşdirilməsi üçün infrastrukturun qurulmasına çalışır. “Cənub Qaz Dəhlizi” artıq tikilib və əməliyyatlara başlayıb.

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri üzrə isə 3,6 milyard avro xərclənib. Layihənin ümumi dəyəri 4,6 milyard avrodur. Bu layihə üzrə işlərin 87,5%-i yekunlaşıb. Xatırladaq ki, səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan Cənub Qaz Dəhlizi QSC layihədə Azərbaycanın maraqlarını təmsil etmək  məqsədilə yaradılıb.

 


Create Account



Log In Your Account