Jun 06 2019 15:55
Views: 475

2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş və azərbaycanlıların doğma torpaqlarına qayıdışının rəmzinə çevrilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində suvarma sistemi qurulub. Araz çayından çəkilən kanal sayəsində kəndin 400 hektarlıq əkin sahələrinin suvarılması mümkün olub. Bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə məlumat verib. Bildirib ki, Füzuli rayonunun Cocuq Mərcanlıya bitişik olan Mirzənağılı kəndində də 280 hektar arazi su ilə təmin olunub.  Ümumilikdə ölkə üzrə suvarılan əkin sahələrinin artırılması üçün tədbirlər davam etdirilir.
Təkcə ötən il su təchizatı infrastrukturunun yenidən qurulması və bərpası nəticəsində 92 min hektar sahəyə su verilib. Son 10 ildə 39 yeni su mənbəyi yaradılıb.  Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi yekunlaşıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.
Bu gün “Su təsərrüfatı və və meliorasiya işçiləri” günü kimi qeyd olunur.


Create Account



Log In Your Account