Oct 01 2019 14:34
Views: 205

Amerikalılar Azərbaycanla bağlı məlumatları birbaşa, yerindən dinləmək imkanı qazanıblar. Bu unikal eksperimenti tanınmış radio aparıcısı Con Batçelor həyata keçirib. O, Azərbaycanda olduğu bir neçə gün ərzində ölkəmizdən radio verilişlər yayımlayıb. Con Batçelor cəbhə bölgəsində olub, müdafiə naziri Zakir Həsənovla görüşüb. O, ölkəmizə səfərinin yekunları ilə bağlı təəssüratlarını CBC ilə bölüşüb.
ABŞ-da geniş dinləyici auditoriyasına sahib olan tanınmış radio aparıcısı Con Batçelor Azərbaycanla bağlı məlumatları yerindən yayımlamaq üçün ölkəmizə səfər edib. Bu, onun Azərbaycana sayca 4-cü səfəridir. Səfər zamanı Batçelor yerli sakinlərlə, eləcə də rəsmi şəxslərlə görüşüb. Onun Azərbaycandan yayımladığı verilişlər dinləyicilərin böyük marağına səbəb olub.
Con Batçelor bildirir ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada lider və digər ölkələr üçün örnəkdir.
Batçelor qeyd edir ki, Azərbaycanda gördüyü tolerantlıq, müxtəlif din və mədəniyyətlərə mənsub insanların bərabər mehriban şəkildə yaşaması onu yaxşı mənada təəccübləndirib. Aparıcı qeyd edir ki, Azərbaycan bununla da digər ölkələrə nümunə ola bilər.


Create Account



Log In Your Account