Oct 24 2018 19:19
Views: 929

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakı səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəsi üçün strateji əhəmiyyətə malikdir”. 

Qeyd edib ki, ABŞ Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Con Boltonun sözlərinə görə, regiona səfərinin əsas məqsədi ABŞ-ın daha əvvəl bəyan etdiyi siyasətində hansısa dəyişiklik etmək deyil, məsələlərlə daha dərindən tanış olmaqdır. Dağlıq Qarabağ münaqişəsinin həlli sabah Boltonun Ermənistan rəsmiləri ilə görüşlərində də diqqət mərkəzində olacaq.


Create Account



Log In Your Account