Apr 10 2019 18:25
Views: 295

Televiziyalarda Bədii Şuraların bərpasına ehityac var. Bu fikri Milli Məclisin mədəniyyət komitəsinin iclasındakı müzakirələr zamanı  deputatlar səsləndirdilər. Qeyd olundu ki, adının Bədii, yaxud  Ekspertlər Şurası adlandırılmasından asılı olmayaraq, kanalların özündə verilişlərin səviyyəsinə nəzarət edən şəxslər olmalıdır. Çünki televiziyaların əsas vəzifəsi ölkənin ictimai maraqlarının qorunmasıdır.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qeyd etdi ki, bəzi özəl televiziyalar Bədii Şuraların yaradılması məsələsinə laqeyd yanaşır.  Onlar kommersiya maraqlarını üstün tutduqlarına görə bəzən aşağı səviyyəli proqramlar hazırlanır.

“Azərbaycan Respublikasında dövlət olaraq ictimaiyyətin tələblərinin qorunması üçün çox ciddi işlər görülür. Azərbaycan dövləti büdcədən maliyyələşən televiziyalar hesabına – həm Azərbaycan televiziyası, həm Mədəniyyət kanalı, Həm İctimai Televiziya, həm CBC peyk televiziyası vasitəsilə ictimaiyyətin maraqlarının qorunması üçün ciddi addımlar atıb. Çox təəssüf ki, özəl televiziyalar haqqında bunları demək olmaz. Onların marağı kommersiya üzərində yüklənib. Bəzən xalqımızın milli mənəvi dəyərləri kobud şəkildə pozulur. Bayağı, şit verilişlər verilir”.

Nuşirəvan Məhərrəmli qeyd etdi ki, Şura öz səlahiyyətləri çərçivəsində bu sahədə ciddi iş aparır və ictmaiyyətin də bu işə dəstək olmasını istəyir.


Create Account



Log In Your Account