Jun 29 2019 15:43
Views: 727

Heydər Əliyev Mərkəzində “Cüzeppe Verdi. Rekviyem” adlı klassik musiqi gecəsi keçirilib. Görkəmli bəstəkar Cüzeppe Verdinin məşhur “Rekviyem” əsəri müxtəlif ölkələrdən olan musiqiçilərin ifasında təqdim olunub.

Musiqi gecəsində səhnəni 200-ə yaxın sənətçi bölüşüb. Əsəri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının Xoru və Batumi Dövlət Musiqi Mərkəzi Kapellası ifa edib. Konsertdə çıxış edən ifaçılar Azərbaycan vokal məktəbini müsbət dəyərləndiriblər. Konsertin dirijoru, xalq artisti Yalçın Adıgözəlov konsert proqramını ölkəmizin mədəni həyatında gözəl bir hadisə kimi dəyərləndirib.

“Rekviyem” dahi bəstəkar Cüzeppe Verdinin solistlər, xor və orkestr üçün əsəridir. Əsərin ideyası 1868-ci ildə bəstəkar Coakkino Rossini vəfat edərkən yaranıb.

“Rekviyem” 1874-cü il mayın 22-də Milandakı Müqəddəs Mark kafedralında bəstəkarın öz dirijorluğu ilə təqdim olunub. Üç gün sonra isə əsər “La Skala” teatrında böyük uğurla ifa edilib. Texniki mürəkkəbliklərlə zəngin, çoxsaylı ifaçı tələb edən yeddi hissəli “Rekviyem” ilk gündən geniş auditoriya rəğbəti qazanıb.


Create Account



Log In Your Account