Mar 05 2019 14:19
Views: 260

Xəzərin Azərbaycan sektorunda yerləşən D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin yekun variantı martın sonunda hazır olacaq. Bu barədə “BP-Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı sənədin müzakirəsi üçün ictimaiyyətlə görüşdə deyib. O, bildirib ki,  ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi artıq yanvarın sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.

 

Sənəd 60 gün ərzində müzakirə ediləcək, rəy və təkliflərdən sonra yekun variant martın sonunda hazır olacaq. Şirkətin geoloji-kəşfiyyat şöbəsinin əməkdaşı Arzu Cavadova isə  bildirib ki, D230 blokunda 2019-2020-ci illərdə 3 ölçülü seysmik tədqiqatın həyata keçirilməsi planlaşdırılır.


Create Account



Log In Your Account