Apr 19 2019 18:23
Views: 724

Bakıda “Daş keşikçilər” kitabının təqdimatı keçirilib. Kitab Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyilə nəşr olunub. “Daş keşikçilər” Azərbaycan mədəni irsinin, arxitekturasının tarixinə həsr olunmuş hekayələr silsiləsinin davamıdır.  
“Daş keşikçilər” kitabı Azərbaycanın qədim tarixi və mədəni abidələri haqqında oxuculara geniş məlumat verir. Həmmüəllifləri Andrey Vasilev və Səbuhi Əhmədov olan kitab Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti və şəhərləri haqqında hekayələrin davamıdır.
“Daş keşikçilər” “İrs” layihəsi çərçivəsində nəşr olunan 10-cu kitabdır. Layihə iştirakçıları bidirirlər ki, onlar bu vacib işi davam etdirmək əzmindədirlər. Gələcəkdə oxucular Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti haqqında yeni hekayələrlə tanış ola biləcəklər.
Təqdimat zamanı tarixi abidələrin qorunmasında xüsusi fəallıq göstərmiş insanlara və təşkilatlara mükafatlar da təqdim olunub. Tarixi-mədəni abidələrin qorunmasının təşviqi məqsədilə bir sıra tədbirlərin də həyata keçirilməsi planlaşdırılır.


Create Account



Log In Your Account