Dec 21 2018 16:53
Views: 374

Azərbaycanın tanınmış şairi və dramaturqu Hüseyn Cavidin qazax dilinə tərcümə olunmuş şeirlərindən ibarət kitabı Bakıda təqdim olunub. Nəşr Qazaxıstanın Farabi adına Milli Universiteti, Qazaxıstanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə hazırlanıb. Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirdi ki, kitab Qazaxıstanda latın əlifbası ilə çap olunan ilk nəşrlərdən biridir. Toplu həm də ümumtürk əsərlərinin yer aldığı onlayn kitabxanaya daxil ediləcək. Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə işıq üzü görən kitabın ilk təqdimatı Qazaxıstanda keçirilib.

Qeyd olunub ki, türk dünyasının əlaqələrinin formalaşdırılmasında milli lider Heydər Əliyevin xidmətləri böyük olub. Onun müəyyən etdiyi strategiya əsasında prezident İlham Əliyevin apardığı məqsədyönülü siyasət bu əlaqələrin inkişafına, türk xalqların birliyinə, həmrəyliyinə böyük töhfələr verir.

Tədbirdə Azərbaycan dilində nəşr edilmiş “Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusunun da təqdimat mərasimi keçirilib. 1912-ci ildə yaradılan “Alaş” partiyası qazax xalqının milli mübarizəsinin aparıcı qüvvəsi olub. "Alaş"ın hədəfləri qazax xalqının azad və müstəqil dövlət qurması arzusuna arxalanıb.

Tədbir çərçivəsində Fərabi adına Qazaxıstan Milli Universeti ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sonda Türk Xalqlarının Dünya Konqresinin prezidenti Yahya Əliyev türk dünyasının ədəbiyyat əlaqələrinin möhkəmlənməsində fəaliyyətinə görə Qazaxıstan Milli Universitetinin rektorunu qızıl medalla təltif edib.


Create Account



Log In Your Account