Oct 25 2019 15:37
Views: 1756

Prezident İlham Əliyevin müvafiq fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Bunu CBC-yə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Pərviz Cəfərov deyib. Onun sözlərinə qərar yaxın vaxtda icra olunacaq. 

Nazirlik rəsmisi bildirib ki, müraciətlərin ediməsində də heç bir məhdudiyyət yoxdur.  Onun sözlərinə görə, Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 96 faiz icra olunub.

Ümumilikdə, 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan 11 740 şəhidin 17500-ə yaxın vərəsəsinə birdəfəlik ödəmə verilib.


Create Account



Log In Your Account