Sep 24 2019 19:17
Views: 304

Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində işlər davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 47 avtomobili Qarabağ müharibəsi əlilinə təqdim edib. Bununla da, indiyədək 6521 müharibə əlili avtomobillə təmin olunub. 

Avtomobil alan müharibə əlilləri dövlətin qayğısını və diqqətini hər zaman öz üzərlərində hiss etdirklərini bildiriblər. Onlar işğal altında olan Azərbaycan torpaqlarını düşmən tapdağından azad etməyə hər zaman hazır olduqlarını qeyd ediblər.

Avtomobil alanlar sırasında döyüş tapşırığı yerinə yetirərkən ayağını və gözünü itirmiş Kamil Musavi də var.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə qayğı təkcə avtomobillə yekunlaşmır. Onların mənzil məişət şəraitinin yaxşılaşdırılması, eyni zamanda işlə təmin olunması istiqamətində də mühüm işlər görülür.

Nazir müavini bildirib ki, Qarabağ əlilləri, şəhid ailələri və ümumilikdə həssas qruplara aid olan vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində işlər bundan sonra da davam edəcək.


Create Account



Log In Your Account