Apr 16 2019 18:37
Views: 575

Aprelin 18-dən daşınmaz əmlak üzrə çıxarışlar yalnız elektron şəkildə veriləcək. Bununla da daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyəti minimuma endiriləcək. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib.

Xidmət rəisinin sözlərinə görə, bu gün komitə tərəfindən tətbiq edilən 41 elektron xidmətin 26-sı daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Hikmət Mustafayev bildirib ki, əmlaka görə verilən çıxarışların tam olaraq elektronlaşması bu sahədə atılan uğurlu addımdır.

Hikmət Mustafayevin sözlərinə görə, bundan sonra əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs komitənin ərazi reyestr ofislərində çıxarışlarını 1, 3, 7, 10 iş günündə elektron qaydada əldə edə biləcək. Daşınmaz əmlak üzrə mütəxəssislərin fikrincə, bu addım və bir müddət öncə ölkə başcısının imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanı vətəndaş məmnunluğuna səbəb olacaq. Sadə yollarla mülkiyyətin qeydiyyata alınması, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik olacaq.

Hikmət Mustafayevi bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə əhalinin əmlakının daha rahat yolla qeydiyyata alınması işini davam etdirəcək.


Create Account



Log In Your Account