May 10 2019 20:09
Views: 585

Rusiya  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dayanıqlı sülhün əldə edilməsi istiqamətində tərəflərlə birlikdə işləməyə hazırdır.  Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı, xarici işlər nazirlərinin isə Moskvadakı görüşlərinin nəticələri bunu təsdiqləyir.  Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada bildirilib. Qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çox mürəkkəb prosesdir. ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik”, - deyə Rusiya XİN-nin açıqlamasında vurğulanıb.  Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də Bişkekdə imzalanıb. Bişkek protokolunun imzalanmasının 25-ci ildönümü ilə bağlı Azərbaycanın ictimai xadimləri BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.


Create Account



Log In Your Account