Oct 29 2019 14:57
Views: 394

İndi dünyanın birlik, əməkdaşlıq və hərməyliyə ehtiyacı var. Yalnız bu halda problemlərə sinə gərmək, onları həll etmək olar. Bunu CBC-yə müsahibəsində BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande bildirib. Onun sözlərinə görə, Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısı məhz bu əməkdaşlğın formalaşması və güclənməsinə xidmət edir.

Prezident Ticani Məhəmməd Bande deyir ki, həm Qoşulmama Hərəkatı, həm də BMT-yə üzv ölkələrin çoxlu problemləri var. Bunlar arasında münaqişələr xüsusi yer tutur. Cənab Məhəmməd Bandenin sözlərinə görə, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız bu iki ölkəyə yox, bütövlükdə regiona, eləcə də bütün dünyaya mənfi təsir göstərir. BMT bu münaqişənin həlli üzrə vasitəçilik etməyə hazırdır.

Ticani Məhəmməd-Bande Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı arasındakı əməkdaşlığın getdikcə möhkəmləndiyini bildirib. Qeyd edib ki, Azərbaycan həmişə təşkilatın məsuliyyətli üzvlərindən biri olub. Azərbaycan müstəqilliyi dövründə kifayət qədər uğurlar əldə edib. Preezident Məhəmməd Bande Azərbaycanın sülhməramlı fəaliyyətdə iştirakını, BMT-nn Dayanıqlı inkişaf məqsədlərinin icrası naminə atdığı addmları da müsbət dəyərləndirib.


Create Account



Log In Your Account