Jan 30 2019 15:37
Views: 370

Dağlıq Qarabağ münaqişənin həlli çərçivəsində işğal olunmuş Azərbaycan ərazilənin azad olunması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması vacibdir.  Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev  Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyəti ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin görüşündə belə deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edən nazir müavini yüz minlərlə azərbaycanlının işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan öz evlərindən və mülklərindən zor gücünə didərgin salındığını qeyd edib. bildirib ki, ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma aparır.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır fəsadları qeyd edib, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyi, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini tədbir iştirakçılarına xatırladıb. Bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyaraq onların bütün fundamental hüquq və azadlıqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar tələb edir. BU, insan hüquqlarının qorunması üzrə bütün sənədlərə köklü şəkildə ziddir.

Tural Gəncəliyev Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının erməni icması ilə dialoqa hazır olduğunu diqqətə çatdırıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən sonra hər iki icmanın birgə yaşayacağına inandığını bildirib.  İcra rəhbəri xarici ölkələrin diplomatlarına Xocalı soyqırmı haqqında məlumat verib. Bildirib ki, bu dəhşətli faciə Azərbayan tarixində qanlı səhifələrdən biridir. həmin vaxt Şuşada yaşadıqlarını bildirən Tural Gəncəliyev bu hadisənin hətta burdakı erməniləri belə dəhşətə gətirdiyini deyib.

İcmanın İdarə Heyətinin üzvləri Xocalıda anadan olmuş Dürdanə Ağayeva və Samirə Hüseynova çıxış ediblər. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının digər üzvləri də öz fikirlərini bildirib, diplomatik korpusun nümayəndələrinə sualalr ünvanlayıblar.

 


Create Account



Log In Your Account