May 14 2020 14:41
Views: 276

Erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkar edilib. Sənəd ABŞ Konqresi arxivlərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun apardığı araşdırma nəticəsində aşkarlanıb.  Konsulluqdan verulən məlumata görə, SƏNƏDDƏ bildirilir ki, mayın  4 may 1945-ci il tarixində ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasina təqdim edib. Sözügedən məqalə ABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək ABŞ hökuməti tərəfindən dərc edilib. Məqalə daşnakları uzun müddət terrorçu-faşist aktları həyata keçirən və yaxşı təşkilatlanmış “quldur dəstəsi” adlandırır. Daşnakların yaranma tarixindən bəhs edən məqalə onların terrorizmi əsas siyasi alət kimi mənimsədiklərini bildirir.

Məqalədə qeyd olunur ki, erməni daşnakları ABŞ-da Daşnaksutyun partiyasına ianə köçürməkdən imtina edən və ya onların radikal ideologiyasını paylaşmayan ermənilərə qarşı terror aktları törədiblər. məhz buna görə də Amerikadakı Erməni Kilsəsinin rəhbəri arxiyepiskop Leon Tourian 1933-cü ildə Nyu Yorkdakı kilsədə Milad bayramı ibadəti zamanı daşnak terrorçular tərəfindən qətlə yetirilib..


Create Account



Log In Your Account