Jun 27 2019 19:48
Views: 622

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Danışan kitab” saytının və mobil tətbiqetməni təqdim edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Danışan kitab”ın görmə imkanları məhdud uşaqlar üçün əhəmiyyətli olduğunu bildirərək, belə layihələrin ardıcıl olaraq davam etdiriləcəyini və gələcəkdə böyüklər üçün də belə tətbiqlərin hazırlanacağını söyləyib. 
Sayt və mobil tətbiqetməni nazirliyin sifarişi ilə “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi hazırlayıb. 
Qeyd edək ki, mobil tətbiq səsli yönləndirmələrlə görmə qabiliyyəti məhdud şəxslərə istədiyi əsəri seçib dinləmək imkanı verir. Burda yerləşdirilən əsərləri ölkənin tanınmış aktyorları səsləndirib. Əsərlərin sayının artırılması nəzərdə tutulur.


Create Account



Log In Your Account