Oct 31 2019 18:38
Views: 172

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında humanitar tədbirlərin həyata keçirilməsinə münasibət bildirib. ATƏT-in  baş katibi Tomas Qremingerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında Lavrov bu barədə suala cavab verib. Bildirib ki, bu ilin aprelində humanitar sahədə əməkdaşlıqla bağlı razılıq əldə olunsa da,  saxlanılanların mübadiləsi məsələsində nikbinlik azdır.

ATƏT-in baş katibi Tomas Qreminger isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündən gözləntilər barədə danışıb.


Create Account



Log In Your Account