Feb 23 2021 18:44
Views: 182

Dayanıqlı Azərbaycan Naminə Milli Alyans - Azərbaycanda yaradılan yeni qurum belə adlanır. Qısaca DANMA səslənən təşkilatın məqsədi ətraf mühitə qayğı göstərmək, məsuliyyətli yaşamaq və milli sərvətləri qorumaq naminə gəncləri bir araya toplamaqdır. Alyansın koordinatoru Gülsarə Qasımova təsis konfransında qarşıya qoyulan hədəflər barədə danışıb. Alyansın əsas hədəfi ekoloji məsələlərin həllində fəal iştirak üçün gəncləri motivasiya və səfərbər etmək, maarifləndirmə aparmaq, özəl sektor, hökumət və vətəndaş cəmiyyətləri arasında daha yaxşı əməkdaşlığa nail olmaqdır.


Create Account



Log In Your Account