May 21 2019 19:11
Views: 313

Bakıda “Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi altında Menecment və İnnovasiya Forumu keçirilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və aparıcı şirkətlərin təşkilatçılığı ilə baş tutan tədbirdə idarəetmə və innovasiyanın aktual məsələləri müzakirə olunub. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, biznesdə iqtisadi səmrənin artırılmasının vacib şərtlərindən biri innovasiyaların tətbiqidir.  O qeyd edib ki, qloballaşan iqtisadi şəraitdə rəqabət mühitinin artdığı dövrdə, müsəssisələrin istehsal etdii məhsulun rəqabətədavamlı olması yeni texnologiyalardan istifadə etmədən mümkün deyildir.

Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev bildirib ki, Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 15 il ərzində 4,3 dəfə artıb. Onun sözlərinə görə, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 83 faizi, məşğulluqda isə 75 faizi ötüb. Qeyd olunub ki,  Azərbaycanda ilk dəfə keçirilən “Menecment və İnnovasiya Forumu” önəmli əhəmiyyət daşıyır və milli inkişaf prioritetlərinə və zamanın çağırışlarına uyğun müzakirələri, gəlcəyə yönəlmiş təklifləri ilə bütün ölkə üçün səmərəli və əhəmiyyətli olacaq.

Forumun məqsədi ölkədə idarəetmənin və menecmentin inkişafına dəstək olmaq, yenilikləri paylaşmaq, şəbəkələşməni inkişaf etdirmək və idarəetmə mövzusuna aid məsələləri müzakirə etməkdir. Tədbirdə “Strategiyanın formalaşmasında trendlərin rolu”, “Korporativ mədəniyyətin formalaşdırılmasında liderliyin əhəmiyyəti”, “Korporativ idarəetmə - qlobal praktikalar və trend” mövzularında çıxışlar dinlənilib. Tədbirə müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, idarəetmə məsləhətçiləri də daxil olmaqla ümumilikdə 200-dək şəxs qatılıb.


Create Account



Log In Your Account