Feb 08 2019 18:09
Views: 275

“Türk dünyasının birliyi ideyası uzun müddətdir ki, mövcuddur. Və biz hər birimiz bu ideyaya doğru iri addımlarla gedirik”. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nəzdində fəaliyyət göstərən diasporla iş üzrə Təmas qrupunun 5-ci iclasında bildirdi. Qeyd etdi ki, Dövlət Komitəsinin Türk Şurası ilə əməkdaşlığı çərçivəsində diaspor quruculuğu sahəsində bir sıra tədbirlər keçirilib, rəsmi şəxslərin qarşılıqlı səfərləri olub, müvafiq sənədlər imzalanıb.

İclasda Türk Şurasına üzv dövlətlərin diaspor qurumları arasında təcrübə mübadiləsi proqramı üzrə müzakirələr aparıldı. Proqramın səmərəliliyinin artırılması üçün fikir və təkliflər səsləndirildi.

Qeyd edildi ki, bu ilin sentyabrında Qazaxıstanda diaspor məsələlərindən məsul nazirlik və təşkilat rəhbərlərinin 4-cü toplantısı, noyabrda Türkiyədə 2-ci Diaspor Forumu və digər tədbirlər keçiriləcək.


Create Account



Log In Your Account