Feb 14 2019 18:14
Views: 558

Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi dövlətin mühüm prioritetlərindəndir. Burada iqtisadiyyatın müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür. Ölkə üçün aktual olan bu məsələ “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda da müzakirə olunub. Qeyd edilib ki, davamlı inkişaf sosial-iqtisadi problemlər kontekstində çox vacib bir çağırışdır.

Artıq 37-ci dəfədir keçirilən bu konfrans əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. Məqsəd dünyanın elm adamlarını bir araya toplamaq, müxtəlif mövzularda fikir mübadiləsi aparmaqdır.

Qlobal iqtisadiyyatın çağırışlarına dair beynəlxalq konfransda 16 ölkənin ali məktəblərini təmsil edən elm adamları iştirak edir. Onlar belə bir nüfuzlu konfransın Bakıda keçirilməsini yüksək qiymətləndirirlər.

Beynəlxalq konfrans dünya iqtisadiyyatının aktual çağırışlarının müzakirəsi ətrafında çıxışlarla davam edəcək.


Create Account



Log In Your Account