Jan 16 2020 19:30
Views: 153

Azərbaycan BMT-nin təsdiq etdiyi qlobal layihənin inkişafında nəinki iştirak edir, həm də layihəyə böyük töhfələr verir. Bunu baş nazirin müavini Əli Əhmədov “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin hazırlanması məqsədilə milli məsləhətləşmə seminarında deyib. Baş nazirin müavinin sözlərinə görə ölkəmizin növbəti 10 ildə də bu layihələrə töhfələri olacaq. Beşillik proqram sənədi olan BMT-Azərbaycan Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi 2021-2025-ci illər ərzində BMT-nin Azərbaycandakı sisteminin fəaliyyətinə bələdçilik edəcək. Yeni sənəd 2020-ci ildə başa çatacaq BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsini əvəz edəcək. Tədbirdə çıxış edən Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, sosial sahənin inkişafı ölkənin ümumi inkişafı ilə əlaqəlidir. Bu, dayanıqlı inkişafda özünü göstərir. Sosial islahatları xatırladan nazir qeyd edib ki, hazırda Azərbaycan MDB məkanında minimum pensiyanın alıcılıq qabiliyyətinə görə 1-ci, minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə isə 2-ci yerdədir. Seminara sabah yekun vurulacaq.


Create Account



Log In Your Account