Jul 03 2019 18:10
Views: 299

Azərbaycanda həyata keçirilən sosial müdafiə tədbirləri dayanıqlı inkişaf məqsədlərində əhatə olunan hədəflərlə birbaşa bağlıdır. Bu haqda Bakıda keçirilən “Sosial müdafiə və dayanıqlı inkişaf” mövzusunda toplantıda məlumat verilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli  bildirib ki, ölkəmizdə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı çoxşaxəli tədbirlər həyata keçirilir. Son zamanlar sosial müdafiə sahəsində həyata keçirilən islahat tədbirləri 4 milyon 200 min nəfər vətəndaşı əhatə edib. Özünəməşğulluq proqramından hazırda 10 min vətəndaş yararlanır. Toplantıda “Sosial müdafiədə əməyin rolu”, “Sosial müdafiə üzrə investisiya: təsirlər, faydalar, dəstəkçilər” və digər mövzularda çıxışlar olub, müzakirələr aparılıb.

İki gün davam edəcək konfransın gündəliyinə “Qayğı xidmətlərinin inteqrasiyası”, “Sosial müdafiə üzrə informasiya idarəetmə sistemləri”, “Universal sosial müdafiə vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması”, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının monitorinqi” mövzularında sessiyalar keçiriləcək. Sessiyalar zamanı yerli və beynəlxalq ekspertlər tərəfindən müvafiq mövzularda məruzə və təqdimatlar ediləcək, mövzular üzrə müzakirələr aparılacaq.


Create Account



Log In Your Account