Dec 22 2018 18:19
Views: 582

Holokostdan bəhs edən bu pyes “Meaning” (Məna) adlanır. Həm Holokost dövründə, həm də ondan sonrakı illərdə baş vermiş hadisələrdən bəhs edir. Baş qəhrəman Holokostun birbaşa şahidi olmuş və ölüm düşərgələrində yaşamış yəhudi psixoloq Viktor Frankldır. O düşərgələrdəki xatirələri barədə öz memuarlarını ilk yazanlardandır. Viktor Frankl düşünürdü ki, bəşəriyyəti Holokost kimi faciələrdən xilas edə biləcək psixologiya yarada bilər. Anti semitizm kökləri xristianlıqdan da qədimlərə gedən bir xəstəlikdir. Bu, Avropa təfəkküründə çox yayılmış bir tendensiyadır və kökünün kəsilməsi mümkünsüzdür. Ölkədəki iqtisadi vəziyyətdən və yəhudilərə olan münasibətdən asılı olaraq bu tendensiya arta və ya azala bilər. Azərbaycan xalqı və yəhudilər arasında münasibətlərə gəlincə demək istəyirəm ki, münasibətlər çox yaxşı olub və yəhudilər burda sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda digər xalqların və dinlərin nümayəndələrinə qarşı tolerantlıq olub və bu nöqteyi-nəzərdən də digər ölkələr üçün yaxşı nümunə ola bilər.


Create Account



Log In Your Account