May 02 2019 19:03
Views: 516

İstanbulda keçirilən “İDEF-2019” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan istehsalı olan silahlar nümayiş olunur. Sərgidə 53 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə heyəti qatılıb. Azərbaycan Milli paviliyonunda snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları və digər hərbi təyinatlı məhsullar nümayiş etdirilir. Sərgidə Azərbaycanda istehsal edilən 250-dən çox məhsul barədə informasiyaları təqdim edilib. Azərbaycan pavilyonunda nümayiş etdirilən hərbi təyinatlı  məhsular barədə daha ətraflı sərgidə iştirak edən hərbi ekspert Ramil Məmmədli CBC-yə şərh edib.


Create Account



Log In Your Account