Jul 19 2019 18:50
Views: 312

Bakıda "Deportasiyadan etnik təmizləməyə gedən yol" adlı sənədli film təqdim olunub. Filmdə son 200 ildə erməni millətçilərinin azərbaycanlılara qarşı keçridiyi etnik təmizləmə, soyqırım, deportasiya siyasəti və bu siyasət nəticəsində xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskənlərinin adının dəyişdirilməsi əks olunub. 

Ermənilər özləri də etiraf edirlər ki, SSRİ Nazirlər Sovetinin qərarı ilə yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb, yaşayış məskənlərinsə adları dəyişdirilib və ya viran edilib. Qərbi Azərbaycan mahalları olan Vedibasar, Göyçə, Zəngəzur, Qara Kilsə və Amasiya rayonlarının adlarının dəyişdilməsi faktı da diqqətə çatdırılır. Filmin Azərbaycan və türk dillərinə tərcümə olunması planlaşdırılır.

 


Create Account



Log In Your Account