Apr 23 2019 18:19
Views: 389

Bu gün Milli Məclis üzvləri Azərbaycanın beynəlxalq əlaqələri və beynəlxalq təşkilatlarda qəbul edilən bəzi sənədlər müzakirə olundu.  Azay Quliyev BMT-də ölkəmizə qarşı yol verilən təxribatdan danışdı. Qeyd etdi ki, hər il BMT üzvü olan ölkələr bu quruma illik hesabat təqdim edir. Bu il isə Ermənistan təqdim etdiyi hesabatda qondarma “dqr”-in hesabatını da əlavə edib. Bununla da BMT-nin insan haqları şurası öz nizamnaməsindən kənara çıxıb. Digər deputatlar da məsələyə münasibətlərini bildirdilər.

Qənirə Paşayeva həm də özünün və ziyalıların  adından Prezidentə ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama görə təşəkkür etdi. Sosial məsələlərdən danışan deputatlar əhali üçün qaza qoyulan limit həddinin qaldırılmasını istədilər. Əflatun Amaşov Gürcüstanda və digər ölkələrdəki soydaşlarımıza xüsusi yanaşılmasının vacibliyini vurğuladı.

Sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. İctimai Televiziya və Radio Yayımları şirkəti Yayım Şurasının üzvləri təsdiqləndi. Mülki Məcəllə, Su Məcəlləsi, Meşə Məcəlləsi, Torpaq Məcəlləsinə dəyişikliklər edildi. Eyni zamanda, “Fitosanitar nəzarəti haqqında”, “Əmək pensiyaları haqqında”, İctimai iştirakçılıq haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və digər qanunlara texniki xarakterli dəyişikliklər edildi.


Create Account



Log In Your Account