Jan 10 2019 18:39
Views: 616

Görkəmli dilçi alim, türkoloq, müasir Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun 90 illik yubileyi qeyd edilib. Öncə dilçi alimin Milli Kitabxanada saxlanılan kitablarının sərgisi keçirilib. Burada onun Azərbaycan, ümumi və türkoloji dilçiliyinə dair dərslikləri və monoqrafiyaları, habelə barəsində yazılmış kitablar yer alıb. Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın öz müəlliminə həsr etdiyi “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı olub. Qeyd edilib ki, Afad Qurbanov ömrünün 50 ilini Azərbaycanın elm və təhsilinə həsr edib. Ana dilimizin və əlifbamızın inkişafına töhfələr verib.

Kitabın müəllifi Sayaıl Sadıqova sözlərinə görə, Azərbaycan dilçiliyinin inkişafında, Azərbaycan dilinin qorunması sahəsində çox mühüm xidmətləri olan Afad Qurbanov dilçiliyin müxtəlif sahələri ilə bağlı, ümumi dilçiliklə bağlı sanballı, fundamental elmi-tədqiqat əsərlərinin müəllifidir:

“Məhz kitabda da Afad Qurbanovun ictimai fəaliyyəti ilə yanaşı, elmi fəaliyyəti geniş şəkildə təhlil edilib və onun elmə gətirdiyi uğurlar, elmi yeniliklər monoqrafiyada tam şəkildə öz təhlilini tapıb”.


Create Account



Log In Your Account