Mar 19 2018 17:44
Views: 717

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokuna yekun vurulub. Sonuncu final günündə kişi gimnastlar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə, qadın idmançılarda isə gimnastika tiri və sərbəst hərəkətlərdə final oyunları keçirilib.

Kişilər arasında dayaqlı tullanmada Belarus təmsilçisi Pavel Bulauski  bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Qadınların gimnastika tiri yarışında qızıl medal Çinin aktivinə yazılıb. Bu ölkənin təmsilçisi Huan Luo 13,400 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında dəstəli at yarışında qalib Çin idmançısı Hao Venq olub. Qadınlar arasında sərbəst hərəkətlərdə Ana Derek fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında turnik növü üzrə mübarizədə Hollandiya təmsilçisi dünya kubokunun qızıl medalını qazanıb. Beləliklə dörd gün ərzində ölkəmizin ev sahibliyi etdiyi dünya kubokuna yekun vurulub.

Sərbəst hərəkətlərdə ölkəmizi təmsil edən Yuliya İnşina türkiyəli gimnastla eyni xalı toplasa da, hakimlərin qərarına əsasən dördüncü pillədə yer alıb. Qeyd edək ki, Azərbaycan artıq üçüncü dəfədir idman gimnastikası üzrə dünya kubokuna ev sahibliyi edir.


Create Account



Log In Your Account