Oct 11 2019 19:47
Views: 217

Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında 1 yerdədir. Azərbaycan Dəmir Yollar QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında belə deyib. Bildirib ki, bu gün Azərbaycan dəmir yollarının elektikləşdirilməsi sahəsində mühüm işlər görülür. Artıq  Azərbaycanda dəmir yolu xətlərinin 60%-lik hissəsi elektrikləşdirilib, qalan 40%-də dizel yanacağı ilə işləyən lokomotivlər hərəkət edir”. Cavid Qurbanov qeyd edib ki, dəmir yolları sahəsində islahatlar bu gün də davam edir.
Cavid Qurbanov bildirb ki, bu ilin sonuna qədər Bakı-Sumqayıt-Bakı dairəvi yolu xətti istifadəyə veriləcək.  Bu yol üzərində bir neçə tunnel və kanal üzərində yerüstü keçidin tikintisi planlaşdırılır.  
Bakı-Tbilisi-Qars sərnişin qatarı ətrafında yaranan problemlərdən danışan Cavid Qurbanov bildirib ki, Azərbaycan BTQ üzrə sərnişin daşımasına hazırdır.
Yükdaşımalarından danışan Cavid Qurbanov bildirib ki, bu il şimal-cənub dəhlizi üzrə 400 min ton yük daşınıb. Orta Asiya dövlətləri üzrə də yüklərin sayı artır. Rusiya üzrə isə bu ilin 9 ayı ərzində 700 ton yük daşınıb.
Azərbaycan Dəmir Yollarının gələcək hədəfləri Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Aqstafaya qədər uzadılması, sürətli qatarları ilkin olaraq Dərbənd daha sonra isə Mineralnie vodı şəhərinə qədər uzadılmasıdır.  
Azərbaycan Dəmir Yolları bu il 139 yaşını qeyd edir. Ölkədə dəmir yolunun təməli 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci ildə SSRİ Yollar Nazirliyninn tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. 2005-ci ildən prezident İlham Əliyevin sərəncamına əsasən hər il oktyabrəın 13-ü Dəmir Yolu işçilərinin peşə bayramı kimi qeyd edilir.


Create Account



Log In Your Account