Oct 31 2019 20:03
Views: 204

Bu gün bəzi qüvvələr din azadlığı anlayışı bir alətə çevirib. Məqsədyönlü şəkildə cəmiyyətdə sabitliyin pozulmasına, cəmiyyətin radikallaşdırılmasına çalışırlar. Bunu Bakıda keçirilən “Din və insan hüquqları” mövzusunda konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Bildirib ki, həmin qüvvələr insanları dövlətlə, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya yönləndirirlər. Eyni zamanda dini azadlıqların təmin edilməsini bəhanə edərək dövlətlərə təzyiq göstərirlər. Səyavuş Heydərov qeyd edib ki, son iki il ərzində Azərbaycandan radikal qruplaşmalara qoşulma halları qeydə alınmayıb. Əksinə, həmin qruplaşmalardan kənarlaşmanın baş verdiyi müşahidə olunur. 2011-ci ildən indiyədək belə qruplaşmalara qoşulanların 400 nəfərdən çoxunun vətəndaşlığı ləğv edilib. 110-dan artıq şəxs məsuliyyətə cəlb edilib.


Create Account



Log In Your Account