Jul 20 2019 17:04
Views: 377

“Vaşinqtonda keçirilən “Din azadlığının irəlilədilməsi” üzrə Nazirlər Konfransının bizim ölkədə mövcud olan dövlət-din modeli haqqında fikirlərin çatdırılması baxımından əhəmiyyətlidir”. Bunu  Azərbaycanı konfransda təmsil edən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı CBC-yə müsahibəsində deyib.

Qeyd edib ki, bu, ikinci belə konfransdır. Bu tədbirə Azərbaycanın dəvət alması ölkəmizdə mövcud olan multikultural dəyərlərin dünya ictimaiyyətinə çatdırılması baxımından yaxşı imkan yaradır.  Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycanda dini azadlıqların qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə konfrans iştirakçılarımna məlumat verilib.

Azərbaycan nümayəndə heyəti ABŞ rəsmiləri, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının müvəkkilləri, Macarıstan xarici işlər və ticarət naziri, habelə Qazaxıstan, Özbəkistan rəsmiləri, müxtəlif dini liderlər və tanınmış ictimai xadimlərlə görüşlər keçirib.

Konfransda 100-dən artlq dövlət və 10-dan çox beynəlxalq təşkilatın rəsmiləri iştirak edib. Tədbirdə ABŞ-ın vitse-prezidenti Mayk Pens, dövlət katibi Mayk Pompeo iştirak edib.


Create Account



Log In Your Account