Jul 19 2019 19:12
Views: 244

“Azərbaycan müsəlman, xristian və yəhudilərin yüzillər, hətta min illər boyu digərləri ilə birgə, sülh və əmin-amanlıq  şəraitində yaşadığı və inkişaf etdiyi dünyəvi dövlətdir”. Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə beynəlxalq konfransda deyib. Bildirb ki, birgəyaşayış şəraitində mövcud olma, müxtəlifliyə hörmət və fərqli mədəniyyətlərin inkişafına güc mənbəyi kimi yanaşan Azərbaycan ənənələri ilə fəxr edir. Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti bütün dini icmalara büdcədən hər il maliyyə yardımı ayırır.

Dövlət Komitəsinin sədri bildirb ki, dini icmaların sülh şəraitində birgəyaşayış mədəniyyəti qorunub saxlanmalı və bunu bütün dövlətlər dəstəkləməlidir. Azərbaycan da digər ölkələrlə işləməyə, bu sahədəki öz nadir təcrübəsini bölüşməyə hər zaman hazırdır. Mübariz Qurbanlı əhalisinin əksəriyyəti müsəlman olan və anti-semitizmin qeydə alınmadığı Azərbaycan beynəlxalq müstəvidə İsrailin etibarlı tərəfdaşı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının şərəfli üzvü olduğunu diqqətə çatdırıb. Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dini liderlərin müsbət rol oynayacağına inamını ifadə edib. 

Din Azadlığının İrəlilədilməsi üzrə beynəlxalq konfransa ABŞ-ın vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeo da qatılıb. Konfransda dünyanın 100-dən çox ölkəsindən xarici işlər nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri təmsil olunur.


Create Account



Log In Your Account