Nov 15 2019 17:58
Views: 99

Dünyanın dini liderləri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə çağırıblar.  Bu barədə Dünya dini liderlərinin II Sammitinin yekunlarına dair Bakı Bəyannaməsində bildirilir. 

Qeyd olunur ki, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməlidir. Din xadimləri dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə  çağırış ediblər.

Bakı bəyannaməsində Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfə, multikulturalizm ənənələri yüksək qiymətləndirilir, sammitin yüksək səviyyədə təşkil olunduğu qeyd olunur. Tədbirin yekunlarına dair keçirilən mətbuat konfransında Təşkilat Komitəsinin sədri Əli Əhmədov bildirib ki, dini liderləri bir araya toplamaq heç də asan olmur.

Qeyd edək ki, Dünya dini liderlərinin II Bakı Sammitində Azərbaycan 2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçirmək təşəbbüsünü irəli sürüb. İştirakçılar bu təşəbbüsü yüksək qiymətləndiriblər.


Create Account



Log In Your Account