Nov 06 2019 18:24
Views: 1714

Azərbaycanda "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb. Bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq forumunda çıxış edən Azərbaycan Maliyyə Bazarlarında Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib. Yeni qanun ödəniş xidməti təchizatçılarının, provayderlərin fəaliyyətini tənzimləyəcək. Qanunun ilin sonunadək qəbulu gözlənilir. İbrahim Alışov bildirib ki, bununla ödəniş xidməti təchizatçıları arasında rəqabət qabliyyəti daha da artacaq və maliyyə xidmətlərinə çıxış operativ olacaq.
Qeyd olunub ki, Mərkəzi Bank nağdsız cəmiyyətin, iqtisadiyyatın formalaşdırılması istiqamətində 2017-ci ildən böyük layihənin icrasına başlayıb. “Nağdsız Azərbaycan” layihəsi nəticəsində fundamental amillərin diaqnostik təhlili aparılıb, bu proseslərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması iqtiqamətində işlər həyata keçirilib. 2018-2020-ci ildə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə xüsusi dövlət proqramı işlənib hazırlanıb. 
Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev deyib ki, nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində atılan addımlar nəticə verib. 2020-ci ildə nağd iqtisadiyyatın 74%-dən 40 %-ə düşməsi planlaşdırılır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, strateji yol xəritəsində bankların rəqəmsallaşması ilə bağlı konkret hədəf müəyyənləşib. Bankların rəqəmsallaşmasının 2020-ci ildə ÜDM-ə təsiri 135 mln. manat olacaq.

 


Create Account



Log In Your Account