Jul 26 2019 15:21
Views: 284

Ukraynanın Dnepr şəhərində küçələrdən birinə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilib. Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi barədə qərar qəbul ediblər. Şəhərin meri Boris Filatov küçənin adının dəyişdirilməsinin azərbaycanlılara hədiyyə olduğunu vurğulayıb. Boris Filatov bu barədə özünün Facebook səhifəsində məlumat paylaşıb. (FB kadrlar) "Şəhərdə azı 30 min azərbaycanlı yaşayır. Bu qərar onlara, Müslüm Maqomayevi sevən hər kəsə hədiyyədir. O, dahi idi. indi Dneprdə də onun adına küçə olacaq " deyə, mer "Facebook" hesabında yazıb. Bu statusun altında Dnepr sakinləri bu qərara görə merə təşəkkürlərini bildiriblər. hər kəs bu sənətkarın adına küçə verilməsi qərarını dəstəklədiyini ifadə edib. Maqomayevin mahnılarını paylaşıblar. (İnterşum mahnısından ola bilər)

Dnepr şəhərində 8 mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi təklifini "Dnepropetrovşina azərbaycanlılarının Liqası" irəli sürüb. Liqanın rəhbəri Sərxoş İsmayılov deyir ki, bu təşəbbüs iki il əvvəl irəli sürülüb. Bu küçənin seçilməsi də təsadüfi deyil

Sərxoş İsmayılov hesab edir ki, bu qərar həm də Ukrayna-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasına dəlalət edir. 

Dnepr şəhərinin mərkəzi hissəsində Müslüm Maqomayev adına Park və Azərbaycan Mədəniyyət Mərkəzi inşa ediləcək.- “Fəhlə” prospektində ərazisi 4 hektar olan yaşıllıq sahəsində  Maqomayevin abidəsi də ucaldılacaq. Mərkəz üçün işlənib hazırlanan layihə artıq müvafiq bələdiyyə və dövlət qurumları tərəfindən təsdiqlənib. Bir il əvvəl Ukraynanın paytaxtı Kiyevin  mərkəzində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayev adına park açılıb.  Parkda məşhur müğəninin heykəli də qoyulub.


Create Account



Log In Your Account