Nov 16 2019 18:22
Views: 69

Dini liderlərin ikinci sammitinin yekunları barədə studiyamızın qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovla söhbət etmişik. 
G.İsmayılov qeyd edib ki, sammitin uğurla başa çatması bir daha onu göstərdi ki, Azərbaycan uğurlu xarici siyasət aparır və güclü diplomatik əlaqələr qura bilib. Ona görə də hansı qitədə yerləşməsindən asılı olmayaraq, Azərbaycan bütün dövlətlərə bərabər məsafədə münasibətini saxlaya bilib. 
Digər tərəfdən, xalqımızın dinə, bəşəri dəyərlərə tolerant münasibəti imkan verir ki, biz dinlərarası, sivilizasiyalararası dialoq məsələsində digər xalqlardan bir addım irəlidə olaq. Digər amil isə müstəqilliyimizi qəbul etdikdən Azərbaycan hökumətinin uğurlu din-dövlət münasibətlərini qura bilməsi ilə əlaqədardır. 
G.İsmayılov sammitdə müzakirə olunan əsas mövzular, əldə olunan razılaşmalar, Bakı Bəyannaməsinin mahiyyəti və digər məsələlər barədə də danışıb. 

 


Create Account



Log In Your Account