Apr 25 2019 19:17
Views: 227

ADA Universitetində "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda ikinci beynəlxalq konfrans başlayıb. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Aİ-nin Azərbaycandakı nümayəndəsinin müavini Denis Daniilidis bildirib ki, son günlər Yeni Zelandiyanin Kraystçörç şəhərində və Şri-Lankada baş verən hadisələr onu göstərdi ki, dini radikalizmlə mübarizə hələ də başa çatmayıb. Tədbirdə Kraystçörçdə və Şri-Lankada həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, multikultural dəyərlərin təbliği Azərbaycanın yürütdüyü siyasətdə öz yerini tapıb.Azərbaycanda 32 dini icma fəaliyyət göstərir. Ölkəmizdə dini və vicdan azadlığı mövcuddur.


Create Account



Log In Your Account