May 06 2019 15:03
Views: 435

Azərbaycanın ABŞ-dakı səfirliyi  bu il də öz qapılarını Amerika ictimaiyyətinə açaraq Azərbaycanın zəngin mədəniyyətini təqdim edib. Tədbir Vaşinqton meriyasının “Dünya boyu səfirliklər turu” adlı mədəni festival çərçivəsində təşkil olunub.  Səfirliyə gələn iki minə yaxın ziyarətçi arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ-ın dövlət strukturlarında çalışan əməkdaşlar və diplomatik korpusun nümayəndələri olub. Onlara Azərbaycanın coğrafi mövqeyi, zəngin tarixi, milli-mədəni irsi, turizm potensialı və müxtəlif sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verilib. Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” rəqs qrupunun ifasında milli rəqslər ziyarətçilərdə böyük maraq doğurub.

Qonaqlara Azərbaycanın qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb. Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illik yubileyi olması barədə qonaqlara məlumat verilib. Səfirliyin ərazisində Formula 1 yarışlarının əhval-ruhiyyəsini hiss etmək üçün yaradılan xüsusi guşə də marağa səbəb olub.Qeyd edək ki, Vaşinqton meriyasının təşəbbüsü ilə keçirilən Dünya boyu səfirliklər festivalına Azərbaycan Səfirliyi artıq altı ildir qoşulur. Bu il festivala 70 ölkənin səfirliyi qatılıb.


Create Account



Log In Your Account