Nov 13 2019 18:17
Views: 86

Dini liderlərin Bakı sammitinə dünyanın müxtəlif ölkələrindən konfessiyaların liderləri qatılacaq.  Fərqli baxışlara və inanclara baxmayaraq din xadimləri bakıda eyni masanın ətrafında ortaq problemləri müzakirə edəcəklər.

Dini liderlərin sammitində 5 qitədən, 70-dən artıq ölkədən, 25 ənənəvi  din və cərəyanı təmsil edən nümayəndələr iştirak edəcək. Eyni zamanda 10-dan artıq nüfuzlu beynəlxalq təşkilatın 500-dən artıq yüksək səviyyəli rəsmisi tədbirə qatılacaq. Sammit Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 70 illik yubileyi və Qafqaz Müsəlmanları İdarəsinə rəhbərliyinin 40 illiyinə həsr olunub.

Sammitin açılışında bütün Rusiyanın patriarxı Kirilin də iştirakı nəzərdə tutulur. Səfər çərçivəsində onun Bakıda dini ayin icra etməsi də planlaşdırılır.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur.


Create Account



Log In Your Account