Sep 18 2019 16:47
Views: 264

Paytaxtımızın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə Dünya Çempionatında 3-cü yarış gününə start verilib. Arxada qalan 2 gündə isə gimnastlar 2 alətdə, top və halqa ilə ən güclüləri müəyyən ediblər. Topla hərəkətlərdə ən yaxşı nəticəni Rusiya təmsilçisi Dina Averina göstərib. Onun həmyerlisi Yekaterina Seleznyova isə topla hərəkətlərdə rəqiblərini geridə qoyub.

Bakıda keçirilən Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatında Ümumrusiya Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da iştrak edir. Rusiyanın əməkdar məşqçisi Bakıda keçirilən mundialı müsbət dəyərləndirib.

Bu gün dünya çempionatında bədii gimnastlar fərdi proqramda təsnifat yarışında gürzlərlə və lentlə çıxış edəcəklər. Sentyabrın 19-da isə ayrı-ayrı növlərdə fərdi yarışlarda finallar baş tutacaq. Yarışın son 2 günündə komandalar qrup hərəkətlərində mübarizəyə qoşulacaqlar. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.


Create Account



Log In Your Account