Apr 12 2019 16:15
Views: 364

1961-ci il 12 aprel tarixi - İnsanın ilk dəfə kosmosa uçduğu gün dünya tarixinə kosmonavtika günü kimi daxil olub. Məhz bu gün sovet kosmonavtı Yuri Qaqarin “Vostok” gəmisində Yerin ətrafında ilk orbital uçuşu həyata keçirib. Sovet kosmik proqramının yaradıcılarından biri, həm də kosmosun fəthinə ciddi töhfə vermiş azərbacyanlı Kərim Kərimovdur.Qaqarini uçuşa da məhz o yola salıb. General-leytenant, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin Stalin, Lenin və Dövlət mükafatlarının laureatı olan Kərim Kərimov 25 il ərzində sovet hərbi sənayesinin ən məxfi bölməsi olan kosmik proqrama başçılıq edib. Azərbaycanda isə milli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbayacn Elmlər Akademiyası yanında “Kosmik cihazların xüsusi konstruktor bürosu” yaradılıb ki, burada kosmik tədqiqatlar aparılıb və texnoloji sənaye kompleksləri yaradılıb.
2009-cu ildə  Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq edib. Bir il sonra Azərbaycan Respublikasının telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Bu gün Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” yüksək səviyyəli telekommunikasiya və geoloji kəşfiyyat xidmətlərini göstərir. 2013-cü ilin fevralında Azərbaycanın özünün ilk “Azerspace-1” telekommunikasiya peykini orbitə çıxarmaqla, dünya kosmik klubunun üzvünə çevrildi. Bir il sonra peyk təsvirlərinin alınması xidmətlərini göstərən  "Azersky" peyki də kosmik fəzada öz yerini tutmuş oldu. Nəhayət 2018-ci ildə Azərbaycanın üçüncü peyki – “Azerspace -2” orbitə buraxıldı.
“Azərkosmos”un əsas missiyası peyklərin idarə olunması və onların göstərdiyi xidmətlərin reallaşdırılmasıdır. Bundan əlavə, bu təşkilat aparıcı texnologiyaları inkişaf etdirir, kosmik texnologiyaların əhəmiyyəti barədə maarifləndirmə aparır, kosmik sənayedı innovasiyaların tətbiqi ilə məşğul olur.
Bununla yanaşı, “Azerkosmos” həm şirkət daxilində, həm də ümumilikdə ölkə miyasınd maraqlı innovasiya layihələrini, startyapları dəstəkləyir. “Azərkosmos” sonuncu telekommunikasiya peyki olan “Azerspace-2”nin tutumunun reallaşdırılması həcmini 30 milyon manata çatdırmağı hədəfləyir. Bu sferanın inkişafı, peyklərin kommersiya istismarından əldə olunan gəlir isə birbaşa qeyri-neft sektorunun inkişafını stimullaşdırır.


Create Account



Log In Your Account