Sep 03 2018 20:22
Views: 678

Qırğızıstan köçəri oyunlarına üçüncü dəfədir ki, evsahibliyi edir. Öncəki yarışlar 2014 və 2016-cı illərdə keçirlilb. 4-cü Köçəri oyunlarının isə Türkiyədə keçirilməsi planlaşdırılır. Bu barədə qərar Türkiyə və Qırğızıtan Yüksək Səviyəli Tərəfdaşlıq Şurasınını iclasında qəbul edilib.
İlk mətbuatn konfransında dünya Köçəri oyunları böyük bir hadisədir və Qırğızıstanın yeni tarixində xüsusi yeri var. Təşkiltçılar bu nəhəng beynəlxalq layihənin milli idman növlərinin inkişaf etdirmək üçün yeni imkanlar yaratdığına əmindirlər. Düşünürlər ki, bu oyunlar gələcəkdə olimpiya oyunlarının proqramıa da daxil edilə bilər.  
İdmançıların və turistlərin, media nümayəndələrinin sayı əvvəlki oyunlarla müqayisədə artıb. Oyunları  Dünyanın 58 ölkəsindən 500-də şox media təmsilçisi izləyir.
3-cü Köçəri Oyunlarınını İsık-Kil sahilində təşkil olunan  açılış mərasimini iştirakçılar səbirsizliklə gözləyirdi. Tribunalar dolmuşdu. Budur –möhtəşəm yarış başlayır. Təşkilatçılar sözlərinə əməl etdilər: oyunlar əvvəlkilərlə müqayisədə daha təmtəraqlı və möhtəşəm təşkil olunub.
3-cü Köçəri oyunlarınını açılış mərasiminə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov və digər yüksək səviyyəli qopnaqlar da qatılmışdı. Qırğız Respublikası Prezidenti Sooronbay JeenbekovUN rəsmi çıxışından öncə yüzlərlə rəqqas, musiqiçi, sənətçinin iştirakı İlə lazer işıqları fonunda və son dərəcə zövqlə hazırlanmış dekorasiyalarla köçərilərin həyat tərzi, ənənələri, mədəniyyətini nümayiş etdirdi.
Sonra isə bütün iştirakçı ölkələrin iştirakı ilə rəsmi parad oldu. Azərbycan nümayəndə heyəti 28-i idmançı olmaqla 39 nəfərdən ibarətdir.
Dünya Köçəri Oyunlarında iştirak üçün 66 ölkədən və Rusiyanın 11 subyektindən 1566 nəfər müraciət edib. İştirakçılar 594 medal uğrunda mübarizə aparır. Bunlardan 174-ü qızıl, 173-ü gümüş və 247-si bürünc medaldır. Ümumi mükafat fondu  28 miyon som – yəni təqribən 700 min Azərbaycan  manatıdır. Oyunların proqramına etnoidmanın 37 növü daxildir.
Qırğız respublikasının prezidenti Sooronbay Jeenbekov Qırğız xalqını və oyunların fəxri qonaqlarını  salamladı. Xüsusi olaraq vurğuladı ki, müxtəlif ölkəərin dövlət və hökumət başçılarının, rəsmi nümayəndə heyətlərinin iştirakı qırğız xalqına və onun tarixi nailiyyətlərin hörmət və ehtiramın ifadəsidir. Oyunlar sentyabrın 8-nədək davam edəcək və elə həmin gün də rəsmi bağlamış mərasimi olacaq.


Create Account



Log In Your Account