Sep 06 2018 17:25
Views: 527

Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunları davam edir. Azərbaycan idmançıları yarışlarda indiyədək 13 medal qazanıb. Medalların 5-i gümüş, 8-i bürüncdür. Hazırda Azərbaycan milli komandası güləş yarışlarında iştirak edir. İdman meydançasında əsl pəvləvanlar yarışır. Yaponiyanın milli idman döyüşü olan sumo güləşi üzrə 20 ölkədən 20 idmançı iştirak edib. Onlardan biri də Azərbaycan idmançısıdır. Finalı və bürünc medal uğrunda oyunları idarə etmək üçün hakim Azərbaycandan dəvət olunub.
Azərbaycan milli komandası qol güləşi yarışlarında yaxşı hazırlıq nümayiş etdirib və altı dəfə fəxri kürsüyə yüksəlib. Turnirin nəticələrinə görə, idmançılarımız 2 gümüş və 4 bürünc medal qazanıb. Azərbaycan idmançıları əvvəlcədən bu yarışda yaxşı nəticə göstərəcəklərinə əmin idi.
Qarşıda Azərbaycan idmançılarını güləş və sambo yarışlar gözləyir. İssık-Kul gölünün sahilində keçirilən III Dünya Köçəri Oyunlarında yüzlərlə rəqqas, musiqiçi, sənətçi iştirakı edir. Bu oyunlarda Qırğızıstan öz milli mədəniyyəti, tarixi, adət-ənələri ilə yanaşı, köçərilərin həyat tərzini də nümayiş etdirir. Oyunlar çərçivəsində ilk dəfə olaraq “Köçərilərin dünya mətbəxi” festivalı keçirilir. Azərbaycan və onun dadlı mətbəxi də tanıdılır.
III Dünya Köçəri Oyunları çərçivəsində konsert proqramları sentyabrın 7-də başa çatacaq. Ayın 8-də isə oyunların bağlanış mərasimi olacaq. Köçəri Oyunlarının 2020-ci ildə Türkiyədə, 2022-ci ildə isə Azərbaycanda keçirilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account