Sep 05 2018 14:05
Views: 588

Pəhləvan güləşi üzrə dünya çempionu, dəfələrlə Azərbaycan çempionatının qalibi olmuş, dünya və Avropa kubokunun sahibi Cəlal Süleymanov dünya köçəri oyunlarının favoritlərindən biri sayılır. O, yarışlarda iran güləşi və Azərbaycan milli güləşi növlərində mübarizə aparır.
Cəlal Süleymanovun qələbə uğrunda mübarizəsi uzun çəkmir. Yaranmış mübahisəli vəziyyəti aydınlaşdıran hakimlər onun qalib gəldiyini elan edirlər.
Mas-reslinq üzrə Azərbaycan komandasının hesabına iki gümüş və bir bürünc medal əlavə olunub. Mükafatları Rəsul Səfərov, Nərgiz İbrahimova və Sultan Ağayev əldə ediblər. bu idman növündə mübarizənin olduqca gərgin keçməsi xüsusilə diqqət çəkir. Lakin Azərbaycan idmançıları əmindirlər ki, hələ hər şey qabaqdadır və ən yüksək əyarlı medal mütləq qazanılacaq. İndiyədək mas-reslinq üzrə 12 dəst medal sahiblərini tapıb. Bu medallar uğrunda 26 ölkədən 122 idmançı mübarizə aparıb. Mas-reslinq yarışlarının ümumi mükafat fondu 12 min dollar təşkil edir. qaliblərin hər biri 700 dollar, gümüş medalçılar 400, bürünc mükafatın sahibləri isə 200 dollar qazanıb.
Dünya köçəri oyunları yalnız idman deyil, həm də köçəri xalqların milli mədəniyyətlərinin nümayişi üçün yaxşı imkandır. Yarışlardan sonra təşkil olunan etno-mədəni festivalda müxtəlif xalqların milli musiqiləri, rəqsləri nümayiş olunur. səhnədə əsl köçəri həyatını izləmək mümkündür. Qırğızlar ölkələrində təşkil olunan bu tədbiri xüsusi qürurla seyr edir.
Festival çəçrivəsində müxtəlif ölkələr etnomoda, qədim rəqslər, musiqilər, etnoevlər, milli nağıl və eposlardan səhnəciklər nümayiş etdiriblər. Onlar arasında Azərbaycan, Böyük Britaniya, Macarıstan, Almaniya, Qazaxıstan, Hindistan, Rusiya, Türkiyə və digər ölkələr var. festivalda köçəri xalqların tarixi və məişəti haqqında təqdimatlar da nəzərdə tutulur. Etnofestival  sentyabrın 7-nə kimi davam edəcək.
2014-cü ildən keçirilməyə başlayan və iki ildən bir təşkil olunan Dünya Köçəri Oyunları hər dəfə minlərlə izləyici toplayır. Növbəti oyunlar 2020-ci ildə Türkiyədə, 2022-ci ildə isə Azərbaycanda təşkil olunacaq.


Create Account



Log In Your Account