Mar 15 2018 18:32
Views: 1218

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarına start verilib. Bakıda üçüncü dəfə təşkil olunan yarışa 25 ölkədən 100-dən çox idmançı qatılıb. Kişi idman gimnastları günün birinci yarısında ilk təsnifat mərhələsində sərbəst hərəkətlər VƏ paralel qollar üzrə güclərini sınayıblar. Günün ikinci yarısında isə halqalarda bacarıqlarını nümayiş etdirirlər. Qadın idman gimnastlar isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollarda yüksək xal yığmağa çalışıblar. Turnirin ilk günündə kişi idman gimnastlarından Murad Ağarzayev sərbəst hərəkətlərdə, Timur Bayramov paralel qollarda, qadınların mübarizəsində isə Yuliya İnşina və Marina Nekrasova dayaqla tullanmada ölkəmizi təmsil edirlər.


Create Account



Log In Your Account