Jan 26 2019 19:14
Views: 248

İsveçrənin Sankt Moritz şəhərində keçirilən qış polosu  üzrə ənənəvi "SNOW POLO WORLD CUP ST. MORITZ” dünya kuboku turnirinə start verilib. Heydər Əliyev Fondunun dəstəyilə turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası Avropa tamaşaçılarına polonun vətəni olan Azərbaycanın atçılıq ənənələrinə və güclü idmançılara malik olduğunu nümayiş etdirib. 
Turnirin ilk günündə tamaşaçılara Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi ilə rəqs ansamblının ifasında “Odlar Yurdu Azərbaycan” adlı unikal şou-kompozisiya nümayiş etdirilib. 15 dərəcəlik şaxtada çıxış edən azərbaycanlı süvarilər milli musiqinin sədaları altında at üzərində mürəkkəb  hərəkətlər nümayiş etdiriblər, stadionda Azərbaycan və İsveçrə bayraqları dalğalandırılıb. 
“Land of Fire” komandası ilə Cartier” komandası ilə görüş gərgin keçib. Emosional epizodlarla yadda qalan oyunda azərbaycanlı idmançılar rəqiblərini 5 ½ -5 hesabı ilə məğlub eiblər. 
Turnir çərçivəsində “Land of Fire” komandasının pavilyonu da tamaşaçıların marağına səbəb olub. Azərbaycanın qədim tarixi və mədəniyyətinin tərənnüm olunduğu pavilyonda ziyarətçilərə ölkəmizin tarixi və müasir dövrü, unikal turizm potensialı haqqında ətraflı məlumat verilib. Pavilyon qarşısında rəqs ansamblının ifasında milli rəqslər də avropalı tamaşaçıların marağına cəlb olub.


Create Account



Log In Your Account